Yekun dövlət imtahanından kəsilən və ilk dəfə iştirak etmək üçün müraciət edən tələbələrin nəzərinə!

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 19-20 oktyabr tarixlərində yekun dövlət buraxılış imtahanları keçiriləcəkdir.

Nəzərinizə çatdırırıq ki, 1 dəfə imtahanda iştirak edib qeyri-müvəffəq qiymət alan tələbələr 9 kredit (YDBA üçün nəzərdə tutulan hədd) ödəniş etdikdən sonra imtahana girə bilərlər.

İlk dəfə imtahanda iştirak edənlərə ödəniş tələb olunmur.

İmtahanda iştirak etmək istəyən tələbələr müvafiq dekanlıqlara müraciət etməlidir.