“Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi” vebinarı - 29 iyun 2022

“İş dünyası və ali təhsildə trendlər” və Azərbaycan Texniki Universitetində “Sabah magistratura” proqramı çərçivəsində “Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi” adlı vebinar Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 29 iyun 2022-ci il saat 18:30-da baş tutacaqdır.

Tədbirin spikeri Massaçusets Texnologiya İnstitutunun Nəqliyyat və Logistika Mərkəzinin icraçı direktoru Dr. Chris Caplice olacaqdır. O, bakalavr təhsilini Virginia Universitetində İnşaat mühəndisliyi üzrə, magistr təhsilini isə Ostində Texas Universitetində Nəqliyyat mühəndisliyi üzrə almışdır. Daha sonra doktorantura təhsilini Amerika Birləşmiş Ştatlarında Massaçusets Texnologiya İnstitutunda “Nəqliyyat və logistika” sistemləri mövzusunda tamamlamışdır. Chris Caplice Təchizat zəncirinin idarəedilməsi üzrə MITx mikromagistr proqramı yaratmışdır. İndiyə kimi 196 ölkədən 430000-dən çox tələbə bu mikromagistr proqramının onlayn kurslarından yararlanmışdır. O, 2016-cı ildə təchizat zəncirinin idarə olunmasının tədrisi və tədqiqatına görə ilk “Gümüş ailə” tədqiqatçısı kimi seçilmişdir. Həmçinin, Təchizat Zəncirinin İdarə Edilməsi üzrə Peşəkarlar Şurasının (CSCMP) “Ali xidmət” mükafatına layiq görülmüşdür.

Vebinar təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. Əgər qeydiyyatdan keçməmisinizsə, iştirak etmək üçün 27 iyun 2022-ci il tarixinədək qeyd olunmuş keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur:


https://forms.office.com/r/sNtpnHcY6f

“Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi” vebinarı - 29 iyun 2022