"Milli Qurtuluş günü"nün qeyd edilməsi haqqında ƏMR

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
ƏMR
№MİHO/1.2.15-3.1-2022-278


Gəncə şəhəri
13.06.2022 il


"Milli Qurtuluş günü"nün qeyd edilməsi haqqında


Müasir Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü xalqımız üçün çox əzizdir. Bu tarixi yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan dahi insan - ümummilli lider Heydər Əliyev olmuşdur.

Ulu öndərimiz Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, qətiyyətli və dövlətçilik istedadı sayəsində Azərbaycan təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrilmişdir. Bu isə sözün həqiqi mənasında milli qurtuluşumuzun zəfər yürüşü olmuşdur.

Dövlətimizin bugünkü inkişafı bir daha sübut edir ki, xalqımız Ulu Öndərin layiqli davamçısı - möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqillik və demokratiya yolunda hələ çox böyük uğurlara, nailiyyətlərə imza atacaqdır.

Milli Qurtuluş gününün Universitetdə keçirilməsi məqsədilə

ƏMR EDİRƏM:


1. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə "Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbirlər keçirilsin və "Milli Qurtuluş günü"nü əks etdirən film nümayiş etdirilsin.

2. Əmr Universitetin internet səhifəsində yerləşdirilsin.

Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Rektor
İbrahim Cəfərov