Magistr proqramı 2022: Heyvanların yetişdirilməsi və genetika, torpaq və qlobal dəyişikliklər, bitkiçilik

Heyvanların yetişdirilməsi və genetika üzrə magistr proqramı

Heyvanların yetişdirilməsi və genetikası üzrə Avropa magistrı Avropa İttifaqının Erasmus+ Proqramı tərəfindən birgə maliyyələşdirilən Erasmus Mundus Birgə Magistr dərəcəsidir. 2022/2023-cü tədris ilində tələbə qəbulu üçün müraciətlər (təhsil 2022-ci ilin avqustunda başlanır) başlayıb. Proqram heyvandarlıq və genetika sahəsində ixtisaslaşmaq istəyən əla akademik göstəricilər olan ixtisasları heyvan elmləri, biologiya və ya oxşar olan tələbələr müraciət edə bilərlər.Təqaüd universitet haqlarını, səyahət xərclərini, iki illik təhsil sığortasını və yaşayış xərclərini əhatə edən aylıq 1000 avrodan ibarətdir.

Müraciət üçün son tarix: 15 yanvar 2022.
Əlavə məlumat üçün: (022) 266-07-26, ird@adau.edu.az və ya www.emabg.eu





Torpaq və qlobal dəyişikliklər üzrə beynəlxalq magistr proqramı

Bu beynəlxalq magistr proqramı tələbələri torpaq biogeokimyası və qlobal dəyişikliklər üzrə ixtisaslaşdırır və Avropa İttifaqının Erasmus+ Proqramı tərəfindən birgə maliyyələşdirilir. Proqram torpaq və qlobal dəyişikliklər konteksində biliklər, texnologiyalar və s. məqsədini daşıyaraq özlüyündə 4 tanınmış Aİ universitetində tədqiqat qruplarının təcrübələrini bir araya gətirir: Gent Universiteti (Belçika), Təbii Sərvətlər və Həyat Elmləri Universiteti (BOKU), Vyana (Avstriya), Göttingen Universiteti (Almaniya) və Orhus Universiteti (Danimarka). Tam təqaüdlü proqram üçün müraciət müddəti artıq açıqdır.

Növbəti təhsilin başlanğıcı (qış semestr 2022/23) üçün son müraciət tarixi 28 fevral 2022-ci ildir.
Əlavə məlumat üçün: (022) 266-07-26, ird@adau.edu.az və ya www.imsoglo.eu



Bitkiçilik üzrə Erasmus Mundus Magistr Proqramı

Bitkiçilik üzrə Erasmus Mundus Magistr Proqramı – emPLANT+ – altı aparıcı Avropa universitetinin konsorsiumu tərəfindən bitki yetişdirmə, bitki biologiyası, toxum texnologiyası və biotexnologiya sahəsində əhali artımı və iqlim dəyişikliyi kimi qlobal dəyişikliklərin çətinlikləri ilə üzləşmək üçün təklif olunan iki illik magistr dərəcəsidir. Altı Konsorsium tərəfdaşı: UniLaSalle Politexnik İnstitutu (Fransa), Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (Macarıstan), İsveç Kənd Təsərrüfatı Elmləri Universiteti (İsveç), Təbii Sərvətlər və Həyat Elmləri Universiteti, Vyana (Avstriya), Milan Universiteti (İtaliya) və Valensiya Politexnik Universiteti (İspaniya).

2022-2024-cü tədris ili üçün emPLANT+ proqramı üzrə müraciətlər artıq açıqdır və 14 yanvar 2022-ci il tarixinədək davam edəcək.
Əlavə məlumat üçün: (022) 266-07-26, ird@adau.edu.az və ya www.emplant-master.eu