Macarıstanın Dunaújváros Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində təhsil almaq üçün müraciətlər başlayıb

Erasmus+ mübadilə proqramı, Erasmus+ tərəfdaş qurumları arasında tələbə, akademik və inzibati heyət mübadiləsini təmin edir. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək məşğulluqları üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər.

Erasmus+ çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəssisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Proqrama Azərbaycan Dövlət Aqrar Universitetinin hazırda bakalavr dərəcəsi üzrə təhsil alan tələbələr müraciət edə bilərlər. Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalı, şəxsi inkişafa yönəlməlidir.

Müraciət üçün şərtlər:

Bakalavr 2 və ya 3-cü kurs tələbəsi olmalı
Ən az B1 səviyyəsində ingilis dili biliyi olmalı

Tələb olunan sənədlər*:
1. CV (Europass formatında)
2. Motivasiya məktubu
3. Dil sertifikatı (əgər varsa)

Prioritet ixtisaslar:
Biznesin idarə edilməsi və idarəetmə-https://uniduna.hu/en/education/bachelor-programs/business-administration-and-management-ba

Mexanika Mühəndisliyi- https://uniduna.hu/en/education/bachelor-programs/mechanical-engineering-bsc

Kompüter Elmləri Mühəndisliyi -https://uniduna.hu/en/education/bachelor-programs/computer-science-engineering-bsc

Mühəndis İdarəçiliyi - https://uniduna.hu/en/education/bachelor-programs/engineering-management-bsc

Maliyyə dəstəyi:

Erasmus+ mübadilə proqramı tərəfindən tələbələrin yol və yaşayış xərcləri qarşılanır. Erasmus+ mübadilə tələbələri təhsil aldıqları müddət ərzində təhsil haqqı, qeydiyyat, imtahan, eləcə də laboratoriyalardan və kitabxanadan istifadə etmək xərclərindən azad olur.

*Qeyd: Tələb olunan sənədlər ingilis dilində qəbul edilir. Müraciət edən tələbələr arasından yalnız 2 nəfər seçiləcəkdir.

Son müraciət tarixi: 20 noyabr, 2021


Macarıstanın Dunaújváros Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində təhsil almaq üçün müraciətlər başlayıb