Kakao, Qəhvə və Çay Asiya 2-ci Beynəlxalq Konqresi keçiriləcək

19-20 May 2022-ci il tarixlərində Xəzər Universitetində 2-ci Beynəlxalq Cocoa, Coffee and Tea Asia (CoCoTea Asia 2022) Konqresi keçiriləcək. Konfrans Xəzər Universiteti və Çinin Anhui Kənd Təsərrüfatı Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransın əsas məqsədi Kakao, Qəhvə və Çay üzrə müxtəlif interdisiplinar tədqiqat sahələrinə aid müzakirələrin aparılması və innovativ elmi nailiyyətlər haqqında məlumatların verilməsidir. Əsas mövzulara biologiya, kimya, texnologiya, metabolomiks, qidalanma və sağlamlıq, həmçinin keyfiyyət və təhlükəsizlik nəzarəti daxildir.

Qeydiyyat və elmi nəşrlər haqqında məlumat üçün: http://khazar.org/az/announce/4506

Kakao, Qəhvə və Çay Asiya 2-ci Beynəlxalq Konqresi keçiriləcək