DİM iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyat elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq, Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci il dekabrın 1-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil (ingilis, alman və ya fransız dili) üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir. (Qeydiyyat üçün link qeyd bölməsində verilmişdir).

QEYD 1: İmtahanda iştirak ödənişlidir.

QEYD2: https://ekabinet.dim.gov.az//

QEYD 3: Mövzu haqqında daha ətraflı məlumat üçün linkə daxil olun: https://dim.gov.az/news/9630/