"Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü"nün qeyd edilməsi barədə ƏMR

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
ƏMR
№MİHO/1.2.15-3.1-2022-322


Gəncə şəhəri
22.06.2022 il


26 iyun "Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü"nün
qeyd edilməsi barədə

ƏMR EDİRƏM:


1. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə iyunun 24-də "Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü"nə həsr olunmuş tədbirlər keçirilsin və "Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü"nü əks etdirən film nümayiş etdirilsin.

2. Əmr "Aqrar mütəxəssis" qəzetində dərc edilsin.

3. Əmr Universitetin internet səhifəsində yerləşdirilsin.

4. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq fakültələrə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

ƏSAS: tərbiyə işləri üzrə prorektor A. Qasımovanın təhriri məruzəsi.

Rektor
İbrahim Cəfərov