Aprel döyüşlərinə həsr olunmuş tədbirlər barədə ƏMR

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
ƏMR
№199


Gəncə şəhəri
28.03.2022 il


Aprel döyüşlərinə həsr olunmuş
tədbirlər barədə

ƏMR EDİRƏM:


1. Fakültə dekanlarına tapşırılsın ki. Universitetin bütün fakültələrində 2022-ci il aprelin 5-də ilk dərs saatları aprel döyüşlərinə həsr edilsin.

2. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə Azərbaycan Dövlət Aqrar Universitetinin professor - müəllim heyətinin Gəncənin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin.

3. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə aprelin 5-də anım tədbirlərinin keçirilməsini təmin etsinlər və film nümayiş etdirilsin.

4. Əmr “Aqrar mütəxəssis” qəzetində dərc edilsin.

5. Əmr Universitetin internet səhifəsində yerləşdirilsin.

6. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.

Rektor
İbrahim Cəfərov