Almaniya Federativ Respublikasının Copernicus Berlin Universiteti Beynəlxalq Mükəmməllik Təqaüd Proqramı elan edir

Almaniya Federativ Respublikasının Copernicus Berlin Universiteti Beynəlxalq Mükəmməllik Təqaüd Proqramı (IES) Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyadan Akademik göstəricisi orta qiymətdən yuxarı olan bütün tələbələrə Berlində bir semestr təhsillərini davam etməyə imkan verən təqaüd proqramını elan edir.

Bu proqram tələbələrə ən yaxşı Almaniya universitetlərində (HU Berlin, FU Berlin, HWR Berlin, Potsdam Universiteti) öz biliklərini dərinləşdirmək imkanı verir. 6 aylıq qalma müddətində təqaüdçü tələbələr assosiasiyanın həyatında fəal iştirak edəcəklər. Onlar həmçinin mədəni tədbirlər və sosial görüşlər vasitəsilə alman mədəniyyəti ilə tanış olacaqlar.

Bundan əlavə, təqaüdçülər proqramın müşayiətedici və inkişaf etdirici fəaliyyətlərində iştirak edərək və intensiv şəkildə formalaşmağa kömək edəcəklər.

Proqram iştirakçılarına təcrübəli komanda nəzarət edir. Berlində tez və rəvan uyğunlaşmaq üçün təqaüdçülər yüksək ixtisaslı təlimat alırlar.

Proqrama müraciət üçün son tarix: 30 iyun 2022

Ətrafli məlumat üçün: ird@adau.edu.az

Almaniya Federativ Respublikasının Copernicus  Berlin Universiteti Beynəlxalq Mükəmməllik Təqaüd Proqramı elan edir