2022/23-cü illər üzrə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi tərəfindən dövlət qulluqçuları, professor-müəllim heyəti və tədqiqatçılar üçün Türk Dili təqaüd proqramı (KATİP) elan edir

Türk dilinin tədrisi istiqamətində 10 aylıq təqaüd proqramı çərçivəsində türk dili təhsili ilə yanaşı iştirakçıların müxtəlif seminarlar, konfranslar, müəssisə ziyarətləri vasitəsilə Türkiyə haqqında biliklərinin artırılması nəzərdə tutulur.

Müraciət üçün tələblər xarici ölkə vətəndaşı olmaq, professor-müəllim heyəti və tədqiqatçıların hazırda universitet və ya tədqiqat mərkəzində işləməsi, 01.01.2022-ci il tarixinə kimi 40 yaşını keçməmiş olması, Türkiyə bursları çərçivəsində digər təqaüdlərdən yararlanmamış olması və ingilis dilində ünsiyyət bacarıqlarının olmasından ibarətdir.

Müraciət üçün müraciətçilər "Türkiyə Bursları" müraciət sistemi vasitəsilə şəxsi kabinet yaradaraq qeydiyyatdan keçməlidir.

Sistemə yüklənməli olan sənədlərin siyahısı:

- Passport/şəxsiyyət vəsiqəsi
- Şəkil
- Transkript/Diplom əlavəsi
- Diplom
- Niyyət məktubu
- Iş yerindən alınacaq şəxsin həmin yerdə işlədiyinə dair sübutedici sənəd
- Iş yerindən alınacaq tövsiyə məktubu

Namizədlərin təqdim edilməsi üçün son tarix: 26.07.2022