20 yanvar faciəsinin 32-ci ildönümünün qeyd edilməsi barədə ƏMR

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
ƏMR
№13


Gəncə şəhəri
10.01.2022 il


20 yanvar faciəsinin 32-ci ildönümünün
qeyd edilməsi barədə


20 yanvar faciəsinin otuz ikinci ildönümünün Universitetdə qeyd edilməsi məqsədilə

ƏMR EDİRƏM:

1. Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinin Gəncənin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin, fakultə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə fakültələrdə 2022-ci il yanvarın 19-da 20 yanvar faciəsinə həsr olunmuş xüsusi toplantılar, dəyirmi masalar təşkil edilsin. Yanvarın 19-da 20 yanvar faciəsinı həsr edilmiş xüsusi dərslər keçirilsin, kitab, foto və rəsm sərgisi təşkil edilsin.

2. İctimai təşkilatlara tapşırılsın ki, 2022-ci il yanvarın 19-da Universitetin 2 saylı tələbə evində 20 yanvar faciəsini əks etdirən “Qanlı Yanvar” filmi nümayiş etdirilsin.

3. Əmr “Aqrar mütəxəssis” qəzetində dərc edilsin.

4. “20 yanvar” Ümümxalq hüzn günü ilə bağlı məlumatlar ADAU-nun www.adau.edu.az saytında yerləşdirilsin.

5. Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılıb aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.

Rektor
İbrahim Cəfərov