Aqrobiznes və idarəetmə fakültəsi

Orta məktəb şagirdləri ADAU-da

 Orta məktəb şagirdlərinin aqrar təhsilə marağının artırılmasında onlara Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq imkanlarının, o  cümlədən tədrisin maddi-texniki bazasının, tələbə həyatının və digər zəruri təsisatların nümayiş etdiriməsinin əhəmiyyəti böyükdür.  Bu məqsədlə  Gəncə şəhəri və ətraf rayonlarının 11-ci sinif şagirdlərinin müəyyən edilmiş qrafik əsasında universitetə ekskursiyalarının təşkilinə başlanılıb. Şagirdlər universitetin yeni tələbə yataqxanası, tələbə kafesi, tədris korpusları, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə mərkəzi, istixanaları, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, baytarlıq kilinikası, maşın-traktor parkı, pataloji anatomiya muzeyi, anatomiya muzeyi, əsaslı və elektron kitabxanası, idman zalları və digər obyektləri ilə yaxından tanış olurlar, habelə tələbələrin yazılı, şifahi və kompyuter vasitəsilə qəbul olunan imtahan proseslərini müşahidə edirlər.