Aqrobiznes və idarəetmə fakültəsi

Azərbaycan Dövlət Aqrar Universitetində "Universitet auditoriyasından iş dünyasına" layihəsi çərçivəsində növbəti təlim təşkil olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Universitet auditoriyasından iş dünyasına" layihəsi çərçivəsində növbəti təlim təşkil olundu. Təlimçi Bakıdan dəvət olunan Marketinq üzrə konsultant Rövşən Mehdiyevdi.
60-dan çox tələbə-gəncin iştirak etdiyi təlimdə:

-Satış nədir? yaradıcı satış
-Satışda altın dairə
- B2B&B2C
- İnandırma və satın alma qərarı aldırmanın 10 sirri
- Reklamda "AİDA"nın rolu kimi mövzulardan təlimçi təlim iştirakçılarına geniş məlumat verdi. 


Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Elmi Cəmiyyətin sədri Rəhimov Fərrux Məhəmməd oğludu.