Aqrar iqtisadiyyat fakültəsi

Məhərrəm Hüseynov

Kafedra müdiri

ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının professoru,  iqtisad elmləri doktoru

Mob:(+994) 050-330-15-10

İş tel: (022) 256-94-53

E-mail: h-tural@rambler.ru

Anadan olduğu tarix: 04.07.1960

Təhsili, elmi dərəcəsi, elmi adı

1982-ci ildə ADAU-nun İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib

1994-cu ildə “Üzümçülükdə intensivləşdirmənin iqtisadi səmərəliliyi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi, 2008-ci ildə “Aqrar sahənin dayanıqlı inkişaf problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2009-cu ildən professordur.

Əmək fəaliyyəti

2009-cu ildən etibarən ADAU-nun maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri

2000-2008-ci il AKTA-nın Aqrar iqtisadiyyat və menecment fakültəsinin dekanı

1996-2000-ci il AKTA-nın Aqrar iqtisadiyyat və menecment fakültəsinin dekan müavini

1990-cı ildən AKTA-nın Aqrar iqtisadiyyat və menecment fakültəsinin statistika və maliyyə kafedrasında assistent, baş müəllim, dossent

1988-1990-cı il AKTA-nın qiyabi təhsil fakültəsində baş metodist

1982-1988-ci il Bərdə Kənd Təsərrüfatı Texnikumunda müəllim

1984-1985-ci illərdə Moskva Kənd Təsərrüfatı Akademiyasında əyani tələbə

1982-ci ildə Bərdə rayon Aqrar Sənaye Birliyində böyük iqtisadçı

Apardığı dərslər:

Maliyyə

Vergilər və vergitutma

Sığorta işi

Elmi əsərləri: 182 elmi əsərin, o cümlədən 3 dərsliyin, 3 monoqrafiyanın və 5 dərs vəsaitinin müəllifiyəm

Bu və ya digər cəmiyyətlərə üzvlüyü: Türkiyə Respublikası, MUMEYK vakvının üzvü, AR-nın Milli Məclis aparatının eksperti

Təltif olunma: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 may 2010-cu il tarixli Sərəncamı  ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə  “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Təsdiqetmə:

Mən aşağıda imza edərək təsdiq edirəm ki, ixtisasım və iş təcrübəmə dair verdiyim məlumatlar tam doğrudur və tutduğum vəzifələri dürüst ifadə edir.