Aqrar iqtisadiyyat fakültəsi

Bəylər Əliyev

Professor

ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının professoru, iqtisad elmləri namizədi.

Mob: (+994) 050-336-78-21

İş tel: (022) 256-94-53

E-mail:

Anadan olduğu tarix: 15.07.1946

Təhsili, elmi dərəcəsi, elmi adı:

1969-cu ildə ADAU-nun iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Pambıqçılıqda mineral və üzvi kübrələrin iqtisadi səmərəliliyi (Azərbaycan SSR-nin Mil-Qarabağ pambıq səpən rayonlarının timsalında) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1976-cı ildə “Əməkdə rəşadətə görə” medalı ilə təltif olunmuşdur. 1990-cı ildən dosentdir. 2016-cı ildən ADAU-nun professorudur.

Əmək fəaliyyəti:

1974-1985-ci ilə qədər partiya, komsamol, təsərrüfat və sovetlərin işində işləmişdir.

1985-1992-ci illərdə Respublika Aqrar Sənaye Kompleksi İdarəetmə Ali məktəbində “ASK-in iqtisadiyyatı kafedrasının müdiri işləmişdir”.

1993-2010-cu illərdə Xanlar (hal-hazırki Göygöl) rayon statistika idarəsinin rəisi vəzifəsində işləmişdir.

2010-2014-cü illərdə ADAU-nun maliyyə və iqtisadi nəzəriyyə kafedrasının dosenti işləmişdir.

2014-2018-ci illərdə ADAU-nun Aqrar iqtisadiyyat fakültəsinin dekanı işləmişdir.

2018-ci ildən maliyyə və iqtisadi nəzəriyyə kafedrasının dosentidir.

Apardığı dəsrlər:

Statistika, Sığorta portfeli: onun formalaşması və idarə edilməsi.

Elmi əsərləri: 60-dan çox tədqiqat işinə dair məqalə, dərs vəsaiti və metodik göstəriş nəşr etdirmişdir ki, bunlardan 4-ü xarici mətbuatda çap olunmuşdur. 10-dan çox tədris proqramlarının hazırlanması və nəşr olunmasında iştirak etmişdir.

Təsdiqetmə:

Mən aşağıda imza edərək təsdiq edirəm ki, ixtisasım və iş təcrübəmə dair verdiyim məlumatlar tam doğrudur və tutduğum vəzifələri dürüst ifadə edir.