Prezident İlham Əliyevin doğum günü münasibətilə ağacəkmə kampaniyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə  Azərbaycan Dövlət Aqrar Universitetinin bütün fakültələrinin ərazisində ağacəkmə kampaniyası keçirilib. Gün ərzində 300-ə qədər ağacın  əkilib. Kampaniya çərçivəsində ilk ağacı universitetin rektoru, AMEA-nın müxbir üzvü, profüssor İbrahim Cəfərov əkib. Ağaclar aqrotexniki şərtlərə əməl olunaraq əkilib. Bu, həm də ölkə Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına bir töhfə olub.