Aqronomluq fakültəsində növbəti elmi seminar keçirilib

2018-ci il yanvarın 25-də  aqronomluq fakültəsində növbəti Elmi seminar keçirilmişdir. Təqvim planına uyğun olaraq seminarda ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Elxan  Allahverdiyev “Aralıq əkinlərin torpağın fitosanitar vəziyyətinə təsiri” mövzusunda çıxış etmişdir. Elmi seminarda fakültənin professor-müəllim heyəti iştirak etmiş , suallar verilmiş və müzakirələr aparılmışdır.