ADAU-nun menecment və aqrar marketinq kafedrası ilin uğurlarını qeyd edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) menecment və aqrar marketinq kafedrası 2017-ci ildə mühüm uğurlara imza atıb. Bu uğurlar, habelə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə universitetin Tələbə evində kafedra əməkdaşlarının bayram şənlyi təşkil olunub. Şənliyə qoşulan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək son illərdə menecment və aqrar marketinq kafedrasının nailiyyətləri, tədris, elmi-tədqiqat işləri, tələbələrin elmi yaradıcılıq potensialının inkişaf etdirilməsi, beynəlxalq əlaqələr sahəsində əldə olunmuş nəticələr barədə danışıb, bütövlükdə əldə olunmuş uğurlar, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kafedra əməkdaşdalarını, “marketinq” və “menecment” ixtisasları üzrə təhsil alan tələbələri səmimi qəlbdən təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Kafedranın müdiri Asif Həsənov bütün kafedralarda olduğu kimi menecment və aqrar marketinq kafedrasının elmi-pedaqoji potensialının inkişaf etdirilməsi üçün göstərdiyi diqqət və qayğıya görə rektora dərin təşəkkürünü bildirib. Kafedranın əməkdaşlarından dosent Vaqif Ramazanov, baş müəllim Əlif Qəhrəmanov və başqaları çıxış edərək kafedrada yaranmış mühiti, gənc və təcrübəli müəllimlərin işə qəbul edilməsini çox yüksək qiymətləndiriblər.
Bayram şənliyində “marketinq” və “menecment” ixtisasları üzrə təhsil alan tələbələr, kafedranın əməkdaşları musiqi ifa edib, şer söyləyiblər.