ADAU-nun Elmi Şurasının videoiclası keçirilib

29 aprel 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının videoiclası keçirilib. Videoiclasda ölkədə karantin rejiminin tətbiqi çərçivəsində universitetdə tədris, təlim-tərbiyə və bununla bağlı digər tədbirlərin dayandırılması ilə əlaqədar onlayn dərslərin keçirilməsinin mövcud vəziyyəti, ADAU TV-nun imkanlarından, habelə digər proqramlardan istifadə etməklə keçirilən dərslərin tələbələrin cəlb olunma və əhatəetmə səviyyəsi, postkarantin dövründə tədris prosesinin və təcrübələrin təşkili, imtahan sessiyasının, yekun dövlət attestasiyasının və magistr dissertasiya işlərinin müdafiələrinin keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi üsulları ilə bağlı rəylər öyrənilmiş, fikir mübadiləsi aparılmışdır.