ADAU-da İKT-nin tədris prosesinə tətbiqi mövzusunda vebinar keçirilmişdir

7 aprel 2017-ci tarixində ADAU-da "1S: Müəssisə  8" platforması əsasında Moskva Dövlət Regional Universitetində Elektron informasiya-təhsil mühitinin (EİTM) həyata keçirilməsi təcrübəsi mövzusunda istifadəçilər və tərəfdaşlar üçün vebinar keçirilmişdir. Vebinarda İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinin əməkdaşları, İnformasiya texnologiyaları kafedrasının müəllim–tələbə heyəti və Kadrlar şöbəsinin əməkdaşları iştirak etmişdir. Vebinarda Elektron informasiya-təhsil mühitinin tətbiqi təcrübəsi və "1S: Universitet PROF”  proqramının iş prosesi nümayış olunmuşdur. Vebinarın sonunda iştirakçıların sualları cavablandırılmışdır. Gələcəkdə İKT-nin tədris prosesinə aktiv tətbiqi istiqamətində xarici mütəxəssislər tərəfindən vebinarların təşkili planlaşdırılır.