Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Azərbaycan Dövlət Aqrar Universitetinin rektorluğu, ictimai təşkilatları, professor-müəllim heyəti və tələbələri adından Sizi 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ən yüksək göstəricilərlə uğurlu qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bir əsrə yaxın şərəfli və zəngin tarixi olan Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi Sizin son 15 ildə həyata keçirdiyiniz çoxşaxəli daxili və xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyir. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinə, professor-müəllim heyəti və tələbələrə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm.

2016-cı il fevralın 17-də və 2017-ci il noyabrın 10-da dünya standartlarının tələblərinə uyğun inşa edilmiş iki tələbə yataqxanasının açılışlarında iştirakınız, Universitetin inkişafı üçün tövsiyə və tapşırıqlarınız kollektivimiz tərəfindən böyük məmnuniyyətlə qarşılanmış, onları daha yaxşı işləməyə ruhlandırmışdır.

Sizi əmin edirəm ki, alimlərimiz bundan sonra da bilik və bacarıqlarını müasir əmək bazarının tələblərinə cavab verə biləcək yüksəkixtisaslı aqrar mütəxəssislərin hazırlanmasına yönəldəcəklər.

Möhtərəm Prezident,

Sizi bir daha ürəkdən təbrik edir, Sizə, ailənizə möhkəm cansağlığı, uzun ömür, memarı və qurucusu Ulu öndərimiz Heydər Əliyev olan müasir müstəqil Azərbaycanımızın daha da tərəqqisi naminə yeni-yeni uğurlar arzu edirəm.

Səmimi hörmətlə,

ADAU-nun rektoru                                                       İbrahim Cəfərov