Tələbə məmnuniyyət sorğusu başladı!!!

Əziz tələbələr!

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətini qiymətləndirmək və bunun əsasında daha səmərəli tədbirlər həyata keçirmək məqsədilə hər il tələbələr arasında online formada “Tələbə məmnuniyyət sorğusu” aparılır. Aparılan sorğuda iştirakınızla tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili, bütövlükdə Sizlərin universitetdən məmnunluğunuzun artırılması məqsədilə vacib qərarların qəbul edilməsində bizə yaxından köməklik göstərmiş olarsınız.

Universitetimizin saytında (www.adau.edu.az) Elanlar bölməsinə və ya aşağıdakı linkə birbaşa daxil olmaqla səsvermədə iştirak edə bilərsiniz.

 https://docs.google.com/forms/d/1KtGzZh9Avcxg7mkQlad7Pwl96CKrzEcND46I9PnK524/edit?ts=5aeb1764

Sorğuda iştirak etmək üçün son tarix: 31 may 2018-ci il   

Verilən cavabların anonimliyinə tam təminat verilir.