İsrailin WOLF Fondunun mükafatı 

İsrailin WOLF Fondu 2019-cu il üçün kənd təsərrüfatı, kimya, riyaziyyat, tibb və memarlıq sahəsində mükafatlar ilə bağlı müsabiqə elan etmişdir.
Hər sahədə qalibin mükafatı diplom və 100.000 ABŞ dollarından ibarət olacaq. Bir kateqoriyada iki nəfər qalib gəldiyi təqdirdə mükafat onlar arasında bölünəcək.
Qeydiyyat formaları və bütün tələb olunan sənədləri www.wolffund.org.ilsaytından əldə edə bilərsiz.
Doldurulmuş formalar və bütün sənədlər 17 sentyabr 2018-ci il tarixindən gec olmayaraq office@wolffund.org.il e-mail ünvanına göndərilməlidir.
Qaliblər 2019-cu ilin yanvar ayında elan olunacaqlar.