“Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda elmi-praktik konfrans

Sizi Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik!

Konfransın məqsədi: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə Ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin müzakirəsi, aqrar sahənin davamlı inkişaf üsulu kimi ekoloji təmiz kənd təsərrüfatının sosial, ekoloji və iqtisadi problemlərin  həll edilməsində rolunun qiymətləndirilməsi,  sahənin inkişafı üçün elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.  

Konfransın bölmələri:

  • Ekoloji təmiz kənd təsərrüfatının prinsipləri;
  • Bitkiçilikdə və heyvandarlıqda ekoloji təmiz texnologiyaların tətbiqi;
  • Kənd təsərrüfatında ekoloji təmiz ərzaq məhsullarının istehsalı, sertifikatlaşdırılması və markalanması;
  • Bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində ekoloji kənd təsərrüfatının istiqamətləri;
  • Torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılmasının ekoloji üsullarla tənzimlənməsi;
  • Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının idxalı və ixracı;
  • Ekoloji təmiz kənd təsərrüfatının maliyyə təminatı və beynəlxalq əməkdaşlıq;
  • Ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı istehsalının iqtisadi qiymətləndirilməsi;
  • Ekoloji təmiz kənd təsərrüfatının elmi və kadr təminatı;
  • Ekoloji təmiz kənd təsərrüfatının normativ hüquqi bazası;

Konfransın dili: Azərbaycan, ingilis və rus dilləri

Konfransın keçirilmə tarixi: 29 Oktyabr 2019-cu il.

Məqalələrin göndərilməsi üçün son tarix: 18 Oktyabr 2019-cu il.

Məruzə mətnlərinin tərtib olunma tələbləri:

Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, Azərbaycan dilində (çap və elektron variantda) qəbul olunur;

Məruzə mətnləri 5 səhifə həcmində, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;

Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, abzasdan, kursivli kiçik hərflərlə ingilis dilində xülasə, 5-10 açar sözlər yazılmalıdır (10 pt., interval - 1).

Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.

 

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 256 57 33

E-mail: elm.sh.adau@gmail.com