Əcnəbi tələbələrin asudə vaxtı

Azərbaycan Dövlət Aqrar Universitetində əcnəbi tələbələrin asudə vaxtlarını keçirmələri üçün geniş şərait yaradılıb. Universitetin 2 böyük yataqxanası, klubları (şahmat klubu, kino klubu), idman zalı var.

Tələbələrin məişət şəraitlərini, rahatlıqlarını nəzərə alaraq yataqxanalarda qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet fəaliyyət göstərir.

Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var.

Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. Burada ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchizat məsələləri yüksək səviyyədədir.

Tələbələrin asudə vaxtlarını səmərəli istifadə etməsi üçün müxtəlif imkanlar mövcuddur. Universitetdə tələbə və iş dünyası klubu, əczaçılar klubuda var.

Əcnəbi tələbələrin asudə vaxtı
Sosial şəbəkələrdə paylaş: