Dillər Tədris Mərkəzi

Dillər Tədris Mərkəzi Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən ixtisaslaşmış tədris bölməsidir. Mərkəz universitetin Beynəlmiləlləşmə siyasətinə uyğun olaraq 13 sentyabr 2024–cü il tarixində ADAU Elmi Şurasının qərarı ilə tələbə və əməkdaşların dil biliklərini inkişaf etdirmək, beynəlxalq mübadilə və əməkdaşlıq imkanlarını genişləndirmək, regionun əsas dil mərkəzinə çevrilmək məqsədilə yaradılıb.

İlk dəfə isə ADAU-da Dillər kafedrası adı ilə 1929-cu ildə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı ilk illərdə kafedrada türk (Azərbaycan) və rus dilləri tədris olunmuşdur.

Kafedraya 1934-cü ilədək görkəmli Azərbaycan şairi, professor Əhməd Cavad Axundzadə rəhbərlik etmişdir. Kafedranın ilk müəllimləri İ.A.Ağayev, S.M.Səmədov, A.C.Orucəliyev, İ.P.Lukyanov və E.A.Paçeviç olmuşlar. 1932-ci ildə İ.Z.Qayıbov, Y.M.Şərifov və İ.Ustinov kafedraya dəvət olunmuşlar. 1930-cu illərdə xarici dillər (alman və ingilis) ayrıca kurslar da tədris edilmişdir.

Həmin kursların rəhbəri Fridrix Şiman, üzvləri P.Boqdanov, Raş-Qilson, B.Baruxovski, K.P.Klenebskaya və Alnikov olmuşdur. 1934-1936-cı illərdə xarici dil kursu daxil olmaqla ümumi dillər kafedrasında C.M.Axundzadə, İ.A.Ağayev, A.M.Qəmərli, Y.M.Şərifov, İ.Z.Qayıbov, M.İ.Hacıyev, K.V.Klenevskaya, A.A.Əsgərov, B.Q.Klyundt, P.R.Boqdanov, A.Süleymanov, Cəfərov, L.P.Polyakov dərs demişdir.

1938-ci ildə rus və Azərbaycan dilləri kafedrasına L.P.Polyakov müdir seçilmişdir. 1939-1949-cu illərdə Dillər kafedrasına İsmayıl Qayıbov rəhbərlik etmişdir. Bu illərdə P.Q.Aleksandrov, E.N.Draçinskaya, A.N.Klimova, T.M.Bidmont və A.M.Qismatulina kimi yüksək ixtisaslı müəllimlər kafedraya dəvət olunmuşdur. 1956-cı ildə Dillər kafedrasına Yusif Şərifov müvəqqəti müdir təyin edilmiş və sonra həmin vəzifəyə Sona Həşimova seçilmişdir.

Həmin dövrdə kafedrada T.M.Vidmont, İ.R.Nikitina, S.A.Səfikürdskaya, S.K.Fəttahova, S.R.Usubov, P.Korotkova, S.A.İvanova, O.Ə.Osmanov fəaliyyət göstərmişlər. 1963-cü ildə Dillər kafedrası rus dili və xarici dillər üzrə ayrı-ayrı kafedralara bölünmüş, bu dövrdə xarici dil üzrə əsasən milli kadrlar dərs demişdir. 1963-1971-ci illərdə xarici dillər kafedrasına Sabir Usubov rəhbərlik etmişdir. 1963-1981-ci illərdə Rus dili kafedrasına S.A.Həşimova, 1972-1982-ci illərdə Xarici dillər kafedrasına Aslan Nağıyev, 1982-1985-ci illərdə Osman Osmanov, 1982-1997-ci illərdə Rus dili kafedrasına dosent İsgəndər İsgəndərov rəhbərlik etmişlər.

1987-ci ildə rus dili və xarici dillər kafedraları birləşdirilərək yenidən “Dillər kafedrası” adlandırılmış, 1990-cı ildə Dillər kafedrası yenidən “Azərbaycan dili-xarici dillər” və rus dili kafedralarına bölünmüşdür. Dosent Eynəddin Məmmədov “Azərbaycan dili və xarici dillər” kafedrasına, dosent İsgəndər İsgəndərov rus dili kafedrasına müdir seçilmişlər. 2005-2024-cü illərdə Dillər kafedrasına dosent Aidə Həsənova rəhbərlik edib.

13 sentyabr 2024-cü il tarixində Universitet Elmi Şurasının qərarına əsasən, Dillər kafedrasının adı dəyişdirilərək "Dillər Tədris Mərkəzi" adlandırılmışdır. Hal-hazırda Dillər Tədris Mərkəzində Azərbaycan, Rus, İngilis, Alman və Fransız dilləri tədris olunur. Hazırda mərkəzdə 58 müəllim və 9 tədris köməkçi heyət çalışır.

Mərkəz öz fəaliyyətini demokratiklik, aşkarlıq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur. Mərkəzin fəaliyyəti universitetdə xarici dillərin tədrisini təkmilləşdirmək və beynəlxalq standartlara cavab verən müasir dil tədrisi modelini tətbiq etmək məqsədi daşıyır. Mərkəz müstəqil struktur bölmə olaraq, tədris, metodik, elmi və inzibati fəaliyyət həyata keçirir. Mərkəzə direktor rəhbərlik edir və o, ADAU rektorunun əmri ilə təyin olunur.

Dillər Tədris Mərkəzi ADAU-nun beynəlxalq nüfuzunun artırılmasında və tələbə/müəllim heyətinin qlobal təhsil məkanına inteqrasiyasında mühüm rol oynamağı qarşıya məqsəd qoyur. Mərkəz müasir metodlara əsaslanan təlimlər, dil imtahanlarına hazırlıq, beynəlxalq proqramlar üçün dil hazırlığı və təlimçi inkişafı istiqamətində fəaliyyətini genişləndirəcək. Gələcəkdə həm universitet daxilində, həm də regional səviyyədə aparıcı dil tədrisi mərkəzinə çevrilmək strateji hədəflərdən biridir.

● Dillər Tədris Mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
-Xarici dillərin tədrisi: İngilis, rus, fransız və alman dillərinin tədrisi – akademik və peşəkar məqsədlər üçün;
-İxtisasyönümlü dil hazırlığı: Aqrar sahəyə uyğunlaşdırılmış terminoloji və elmi dil hazırlığı;
-Dil imtahanlarına hazırlıq;
-Dil bacarıqlarının qiymətləndirilməsi;
-Təlim və seminarlar: Müasir dil tədrisi metodikası üzrə müəllimlər üçün təlimlər və metodiki seminarlar.

● Dillər Tədris Mərkəzinin qarşıya qoyduğu əsas hədəflər:
-Universitetdə tədris və elmi fəaliyyətin beynəlmiləlləşməsinə töhfə vermək;
-Tələbə və müəllim heyətinin xarici dillərdə ünsiyyət və yazılı ifadə bacarıqlarını yüksəltmək;
-Beynəlxalq proqramlara qoşulmaq üçün hazırlıq təmin etmək;
-ADAU-nun dil siyasətini formalaşdırmaq və tətbiq etmək;
-Müasir pedaqoji texnologiyalar əsasında səmərəli və innovativ tədris mühiti yaratmaq.

● Gələcək üçün məqsədlər
- Universitetdə xarici dillərdə tədris imkanlarını genişləndirmək;
- Beynəlxalq əməkdaşlıq: Universitetlərlə birgə layihələr həyata keçirmək;
- Elektron tədris resursları: Onlayn kurslar, e-platformalar və mobil tətbiqlər üzərindən tədrisin təşkili;
- Dil siyasəti və keyfiyyət təminatı: Universitet üzrə vahid dil standartlarını və monitorinq mexanizmini tətbiq etmək.


Dillər Tədris MərkəziDillər Tədris MərkəziDillər Tədris MərkəziDillər Tədris MərkəziDillər Tədris MərkəziDillər Tədris Mərkəzi





MƏRKƏZİN MÜDİRİ


Qasımova Mustafayeva Ayşən
HAQQINDA MƏLUMAT (CV)


MƏRKƏZİN HEYƏTİ


Həsənova Aidə
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Vəliyeva Vəsilə
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Süleymanova Ramilə
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Hüseynova Zita
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əlizadə Tamella
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Mustafazadə Sevinc
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Ələkbərova Şahnaz
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Babazadə Nərmin
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Həmzəyeva Naibə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Mahmudova Sevinc
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Münəvvər
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Xudaverdiyeva Məlaikə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Lilpar
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Piriyeva Leyla
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Tağıyeva Könül
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Quliyeva Günay
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abdullayeva Samirə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Alverdiyeva Gülbəniz
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Ələkbərova Şahnaz
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Gülriyyə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Günay
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Alverdiyeva Gülbəniz
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Quliyeva Fazilə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Bağdagül
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Həsənova Aygün
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Anna Qruzina
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



İsmayılova Aidə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Mahmudova Sevinc
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Həqiqət
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abdullayeva Vüsalə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədzadə Almaz
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Cənanə
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Gülriyyə
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abdullayeva Günay
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Tağıyeva Müjgan
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Tağıyeva Sevinc
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Aynurə
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Nəsibova Cəvahir
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abdullazadə Lalə
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Qasımova Ləman
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Rəhimova Maral
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hacıyeva Nigar
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Musayeva Nuranə
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Həmidli Nuray
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Salmanova Sahilə
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abdullayeva Samirə
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Turan
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Paşşanova Ülviyyə
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Muxtarova Vəfa
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Həcər
Assistent
HAQQINDA MƏLUMAT (CV)

Поделиться в социальных сетях: