Torpaqşünaslıq və aqrokimya laboratoriyası

Dövlətimizin aqrar sahəyə göstərdiyi  qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya laboratoriyaları açılmışdır.Bu tipli laboratoriyanın  biri də ADAU-nun aqronomluq fakültəsinin torpaqşünaslıq və aqrokimya kafedrasında quraşdırılmışdır. Laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementlər, torpağın aqrokimyəvi,  bioloji , su-fiziki, hava və istilik xassələri, torpaq və bitkilərin tərkibində olan ağır metallar, zəhərli maddələr təyin edilir.