Tələbə evləri



17 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində çoxsaylı obyektlərin, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birinci müasir tələbə evinin açılışında iştirak etmişdir. Kompleksin dörd korpusu yeddi mərtəbəli, bir korpusu isə altı mərtəbəli binalardan ibarətdir.

Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçi­nin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir.

Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i iki­nəfərlik, altısı isə üç nəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var.

10 noyabr 2017-ci il tarixində Prezident İlham Əliyev universitetin tələbələri üçün yeni inşa edilmiş ikinci 514 yerlik ikinci tələbə evinin açılışında iştirak edib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb.

Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb.

Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitnes zalları, kafe, məişət və ticarət xidməti obyektləri, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb. Yataqxananın su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.

Asudə vaxt
Tələbələrin hamısı fərqlidir. Yenə də bir çoxu boş vaxtlarında alış-veriş etmək və sosial mediadan istifadə, film izləmək, oxumaq və parka gəzməkdən zövq alırlar. Bu məqsədlə universitetdə tələbələrin vaxtlarını səmərəli keçirtmək üçün ictimai fəaliyyət klubları yaradılıb. Misal üçün, "Gənclik Debat" mərkəzi bacarıqları inkişaf etdirmək və təcrübədə tətbiq etmək məqsədi ilə bir sıra müzakirələrin və tələbə təlim məşqlərinin keçirildiyi yerdir. "Gənc Ziyalılar" klubu bir sıra analitik formatda gənclər üçün vaxtaşırı tədbirlər və turnirlər təşkil edir. Bu məqsədlə, yaradıcı gəncləri birgə yığaraq, komanda şəklində çalışmaq niyyəti ilə öz dairəsini daha yaxşılaşdırmaq və genişləndirməyi hədəfləyir. Bundan əlavə, ADAU yaxınlarda qurduğu "İncəsənət" klubu gənclərin sənətdəki iştirakını artırmaq, gəncləri ictimai işlərə cəlb etmək və təlimlər keçərək rəqs, musiqi və digər bacarıqlarını inkişaf etdirməkdir. Həmçinin, rəsm, yazı və digər sənət növləri ilə məşğul olan tələbələri bir araya gətirmək və bu keyfiyyətləri artırmaqdır.Son zamanlarda ətraf mühitin qorunması dünya miqyasında çox danışılan mövzulardandır. Universitetimizdə ətraf mühitin və təbii sərvətlərin qorunması, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində təhsil alan tələbələrlə davamlı əlaqələrin inkişaf etdirilməsi və geniş bir təşkilat şəbəkəsi qurulması üçün Eko-Klub fəaliyyət göstərir. Eko-klub müxtəlif kənd təsərrüfatı və ətraf mühit istiqamətlərində təhsil alan tələbələrlə birgə klubda təhsil alaraq ekologiya sahəsində fəaliyyətlər və layihələr təşkil edir. Kənd Təsərrüfatı İnkişafı Könüllüləri Klubunun məqsədi kənd təsərrüfatı sektorunun inkişafı üçün çalışan bir kooperativ cəmiyyəti quraraq kənd təsərrüfatının davamlı inkişafına töhfə vermək, gələcəkdə bu sahədə işləmək üçün ixtisaslı işçilər cəlb etmək, və mövcud mənbələrdən məhsuldar istifadə üçün yeni texnologiyanın təşviqi. "Kənd Təsərrüfatının İnkişafı Könüllüləri" fəaliyyət sahəsi elektron əkinçiliyin tətbiqi və təşviqi, inkişaf etməkdə olan iş metodlarının istifadəsi, torpaq keyfiyyətinin qiymətləndirilməsində fermerlərə yardım və qabaqcıl texnologiyaların tətbiqinə cəlb edilməyi əhatə edir.

İdman
Ölkəmizdə idmana dövlət tərəfindən yüksək diqqət və qayğı Azərbaycan Dövlət Aqrar Universitetinin idman həyatına əsaslı dərəcədə təsir göstərmişdir. ADAU-nun müəllim və tələbə heyəti, universitetin əməkdaşların fikizi sağlamlığını, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilərək, müasir standartlara uyğun olan voleybol və basketbol zalı, trenajor zalları, lazımı avadanlıq və texniki vasitələrlə təmin edilmişdir.

Market / Mağaza
Azəarbaycan Dövlət Aqrar Universitetinin şəhərcik daxilində tələbələrin gündəlik mallara olan tələbatını ödəmək üçün mağaza fəaliyyət göstərir.

Tibbi xidmət
Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə şəhərciyində tələbələrin sağlamlığı, tibbi xidmətlərin hər kəs üçün əlçatan olması əsas prioritetlərdəndir. Bu baxımdan, şəhərcikdə stamatoloq, terapevt və s. kimi bir sıra tibbi xidmətlər fəaliyyət göstərir.

Tələbə evləriTələbə evləriTələbə evləriTələbə evləriTələbə evləri
Tələbə evləri
Tələbə evləriTələbə evləriTələbə evləriTələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri
Tələbə evləri

Sosial şəbəkələrdə paylaş: