2022

Məzun yarmarkası-2022
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Parkında 31 may 2022-ci il tarixində 14-cü “Məzun yarmarkası” keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.

202220222022



Tədbirin açılış mərasimində çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov məzun olan tələbələrə uğurlar arzu edərək, hər il ənənəvi olaraq keçirilən “Məzun yarmarkası”nda özünə iş tapan məzunların ölkənin aparıcı aqrar şirkətlərində çalışdığını bildirib. Pandemiya səbəbilə tətbiq olunan məhdudiyyətlər son iki ildə məzun yarmarkasını keçirməyə imkan verməsə də, uzun fasilədən sonra ilk dəfə keçirilən ənənəvi yarmarkada 1700-ə yaxın tələbə 241 şirkət, idarə və müəssisə tərəfindən çıxarılan vakant yerlər üzrə çalışmaq üçün müraciət edəcəklər. ADAU rektoru “Məzun yarmarkası”na dəstək verən dövlət və özəl sektorun təmsilçilərinə təşəkkürünü bildirib.

202220222022202220222022


Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, başa vurmaqda olduğumuz tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində ilk dəfə olaraq tələbə qəbulu ən yüksək həddə - 1347 nəfərə çatıb: “Bu, aqrar təhsilə marağın artmasının göstəricisidir. Sevindirici haldır ki, məzun yarmarkasında 241 şirkət aqrar sahə üzrə 800-ə yaxın vakant yer təqdim edib. Yarmarkaya bu qədər çox sayda şirkətin vakansiya çıxarması, həmçinin təqdim olunan vakant yerlərin sayının çoxluğu ölkəmizdə aqrar sahənin sürətlə inkişaf etdiyinin daha bir göstəricisidir. Eyni zamanda aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığı da ildən ilə genişlənir, bu gün keçirilən məzun yarmarkası həm də dövlət-özəl sektor əməkdaşlığının bariz nümunəsidir”.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunlara uğurlar diləyib, tələbələrin ixtisasları üzrə işlə təmin olunmasına dəstək verən şirkət, idarə və müəssisələrin rəhbərlərinə təşəkkür edib.

Açılış mərasimindən sonra iştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzunlara və qonaqlara məlumat veriblər.

202220222022202220222022



Tədbir iştirakçıları “Məzun yarmarkası” çərçivəsində ADAU-nun nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası ilə tanış olublar. Bildirilib ki, burda aqrar sahədə müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə vəzifələrin icrasına imkan verən, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrların hazırlanması üçün bütün imkanlar mövcuddur. İştirakçılar həmçinin universitetdə fəaliyyət göstərən laboratoriyalar, simulyator otaqları, barama yetişdirmə məntəqəsi, müasir emalatxana və tədris otaqları ilə tanış olmaq imkanı əldə ediblər.

202220222022


Tədbirin sonunda ADAU-nun 2 saylı Tələbə Evinin akt zalında ali təhsil müəssisəsində çalışan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə kadr hazırlığı prosesi, gənclərin aqrar sahə üzrə biliklərinin artırılması, müasir texnologiyalar və innovasiyalara çıxış imkanları, ikili diplom proqramları və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.


202220222022202220222022202220222022


Məzun yarmarkası 2022










Sosial şəbəkələrdə paylaş: