2015

Məzun yarmarkası-2015
7 may 2015-ci il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunmasi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC-nin təşkilatçılığı ilə Məzun yarmarkası keçirilib. Yarmarkada Respublikanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 15-dən çox şirkəti, universitetin 500-dən çox işaxtaran məzunu iştirak edib. Yarmarkada ümumilikdə 106 vakansiya təklif olunub ki, burada da “baytarlıq”, “aqronomluq”, “zoomühəndislik”, “maşın mühəndisliyi”, “aqromühəndislik”, “informasiya texnologiyaları mühəndisiliyi”, “qida mühəndisiliyi”, “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” kimi peşələr üstünlük təşkil edib. Yarmarkada əsasən ADAU-nun əvvəllər bitirmiş məzunlar da iştirak ediblər.

201520152015

Əmək yarmarkasında Agro Dairy MMC, Grand Motors MMC, Bozdag Müasir HK, NN-2013, Gilan Holdinq, Aqro kom Qəbələ MMC, Qarabağ Taxıl ASK, Səba MMC, Biləsuvar Süd MMC, MKT İK MMC, BMS Agro MMC, Azər Toxum MMC, Türyançay FT, Süsən Agro MMC, Nurgün Agro MMC, Toxumçu MMC və digər müəssisələr iş yerlərini universitetin məzunlarına təklif ediblər. Yarmarkada iştirak edən müəssisələr 177 məzunun sənədlərini qəbul edib.


201520152015201520152015
Sosial şəbəkələrdə paylaş: