Tələbə Məmnuniyyət sorğusu

Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətini qiymətləndirmək və bunun əsasında daha səmərəli tədbirlər həyata keçirmək məqsədilə tələbələr arasında  online  formada “Tələbə məmnuniyyət sorğusu” keçirilir. Dünyanın aparıcı ali təhsil müəssisələrində geniş yayılmış bu təcrübə təhsilin idarə edilməsi prosesində tələblərin rəy və təkliflərinin maksimum dərəcədə nəzərə alınmasında, idarəetmə qərarlarının səmərəliliyinin yüksəldilməsində mühüm rol oynamaqla, universitetlərin beynəlxalq akkreditasiyası prosesində əsas göstəricilərdən biri kimi ADAU-da keçirilən“Tələbə məmnuniyyət sorğusu”nun nəticələri müəllim və tələbələrin iştirakı ilə universitetin Elmi Şurasında müzakirə edilir və müvafiq qərarlar qəbul olunur.  Sorğuda iştirak etmək istəyən tələbələr aşağıdakı linkə daxil olmalıdırlar. www.bit.ly/1srpmbM Sorğuda göstərilən suallara verilən cavabların anonimliyinə tam zəmanət verilir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun  facebook  səhifəsi də universitetdə təhsil alan tələbələr üçün açıq olmaqla, onların universitetdən məmnunluq dərəcəsini müəyyən etməyə imkan verir.  Tələbələrimizin facebook səhifəsində də verdikləri suallar rektor tərəfindən dərhal cavablandırılır və problemlərin həlli istiqamətində müvafiq göstərişlər verilir.