Tələbə yataqxanaları

17 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müasir tələbə yataqxanasının açılışında iştirak etmişdir. Kompleksin dörd korpusu yeddi­mərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçi­nin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i iki­nəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. 

Eyni layihə əsasında digər yataqxananın tikintisi uğurla davam etdirilir.