Tələbə və iş dünyası klubu

Tələbə və iş dünyası klubu 2015-ci ildə fəaliyyət göstərir. Klubun əsas fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyənləşir.

Universitetdə müxtəlif ixtisaslar üzrə  təhsil alan tələbələrə müasir iş dünyası barəsində məlumatların verilməsi, tələblərin müxtəlif iş adamları ilə görüşlərinin təşkil edilməsi, layihələrin, biznes planlarının, CV-lərin hazırlanması və s. bu kimi mövzularla əlaqədar təlimlərin təşkil edilməsi, klubun fəaliyyət istiqamətlərinə uyğun tədbirlərdə iştirak edilməsi və s.

Layihələrimiz.

Tələbə və iş dünyası klubunun məsləhətçi müəllim Fərrux Rəhimov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun elan 8-ci qrant müsabiqəsi çərçivəsində “Universitet auditoriyasından iş dünyasına” adlı layihə qalib olmuşdur. Layihə çərçivəsində Bakı şəhərindən dəvət olunmuş təlimçilər tərəfindən sahibkarlıq fəaliyyəti və iş dünyası barəsində müxtəlif mövzularda beş təlim təşkil edilmiş və layihənin sonunda “Gənclərin sahibkarlıq zirvəsi” adlı konfrans təşkil edilərək layihədə iştirak etmiş tələblərin məruzələri dinlənmişdir. Konfransa təqdim edilmiş məruzələr toplu formasında dərc olunmuşdur.

Klubun rəhbəri: Nahid Musayev, Biznesin idarə edilməsi 4-cu kurs tələbəsi.

Klubun məsləhətçisi: Fərrux Rəhimov, Menecment və aqrar marketinq kafedrasının assistenti.