Elmi - tədqiqat işlərinin əsas istiqamətləri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi mövzu planı, Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi və institutları ilə əməkdaşlıq müqavilələri, Dünya Bankının maliyyəsi ilə həyata keçirilən İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsinin dəstəyi və təsərrüfat hesablı sifarişlər əsasında Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti 2015-2017-ci illər üçün Azərbaycan Dövlət Aqrar Universitetinin elmi tədqiqat işlərinin mövzu planına uyğun olaraq 2015-ci ildə “Respublikada biomüxtəlifliyi qorunması ilə ekoloji təmiz, yerli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı he­sa­­bına ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün, torpaqların münbitliyinin yax­şı­laşdırılması, me­li­orasiyası və suvarma tex­no­logi­yalarının öy­rə­­­nil­məsi, kənd təsər­rü­fatı bitkilərinin ge­ne­fon­dunun top­lan­ması, to­xum və ting is­teh­salı, əkinçilikdə müa­sir becər­­mə tex­no­­lo­giya­larının işlənməsi, yeni heyvan cins­lə­ri­nin yara­dıl­ması, damazlıq işlərinin təşkili, bitkiçilik və hey­van­darlıq məhsul­larının daşınması və saxlanması, kənd təsər­rü­fa­tı­nın bütün sahə­lərində istifadə olunan tex­ni­kanın səmərə­li­li­yi­nin artırıl­ması, fermer təsərrü­fat­la­rı­nın idarə olunma­sı və kənd­ tə­sər­­rüfatı məhsul­la­rının iq­ti­­sadi təhlili, tor­paq, enerji, resurs qoruy­ucu innovativ tex­no­­lo­giyaların, el­ek­trik ava­dan­lıq­la­rının, və maşınlar kom­ple­ksinin əsaslan­dırılması“ istiqamətində elmi-tədqiqat işlərini davam etdirirlər.

Bu istiqamət üzrə 5 problem:

1. Torpaq münbitliyinin qo­run­­ması, artırılması və bərpasını təmin edən ekoloji üsulların işlənib ha­zır­lan­ması, dəyişən iqlim şərai­tin­də kənd təsər­rü­fa­tı bitkilərinin sort və hibrid­lərinin yaradılması, seçil­­­mə­­si, əsaslandırılması və davamlı məhsul isteh­sa­lını təmin edən becərmə texnologiyaları və inteqrir mübarizə üsullarının işlənib hazırlanması

2. Ekoloji təhlükəsiz və təkmilləşdirilmiş qida məhsulları istehsalı, key­fiyyətinin qiymət­ləndirilməsi, eksperti­zası və bioloji fəal maddələrin alınması.

3.Heyvanların, quşların və balıqların mövcud geno­fon­dun­dan istifadə etməklə məhsuldarlığının yüksəldilməsi, xəstə­lik­lərin öyrənilməsi, müasir dərman preparatlarının tətbiqi və onlardan alınan ərzaq məhsullarının keyfiyyətinin qiy­mət­ləndirilməsi.

4. Heyvandarlıq və bitkiçilik məhsullarının istehsalı, emalı və sax­la­nıl­ması, yerli təbii iqlim şəraitinə uyğun, az enerji tutumlu, iqti­sa­di cəhətdən səmərəli, torpaq enerji, resurs qoruyucu innovativ tex­no­­logiyaların, elektrik avadanlıqların və maşınlar komplek­sinin əsaslandırılması.

5. Aqrar sahədə istehsal strukturunun modernləşdirilməsi

14 mövzu və 103 elmi-tədqiqat işlərin yerinə yetirilməsində 31 kafedra, 2 sahəvi laboratoriya, 5 prob­lem və 14, o cümlədən Dövlət qeydiyyatından keçmiş 9 mövzu üzrə 534 əməkdaş iştirak edir.