Layihələr və təqaüdlər

ADAU tələbələrinin nəzərinə !!!

Əgər sizdə Almaniyanın aparıcı kənd təsərrüfatı müəssisələrində 4-6 aylıq təcrübə keçmək istəyirsinizsə, onda bu imkan əsil sizlər üçün yaradılıb. Almaniyanın APOLLO e.V təşkilatı kənd təsərrüfatı təhsilini başa vurmuş, aqrar sahədə çalışan və ilkin iş təcrübəsinə malik olan gənc mütəxəssisləri proqramda iştirak etməyə dəvət edir. Təcrübə proqramı aşağıdakı istiqamətlər üzrə təşkil edilir:

- Aqronomluq, bitkiçilik;

- Baytarlıq, heyvandarlıq;

- Kənd təsərrüfatı mühəndisliyi və mexanikləşdirilməsi;

- Aqrar iqtisadiyyat, aqrar menecment;

- Kənd təsərrüfatı məhsullarının emalı.

Qeyd: Son müraciət tarixi: 31 yanvar 2016. Yaşayış, tibbi siğorta, viza, beynəlxalq nəqliyyat xərcləri Almaniya tərəfindən ödənilir və bununla yanaşı 570 Avro miqdarında aylıq təqaüd nəzərdə tutulmuşdur. Proqram iyul ayından başlanır. Tələblərə cavab verən iştirakçılara məhdudiyyət qoyulmur. Namizədlərdən alman və ya ingilis dillərini B1-B2 səviyyəsində bilmələri tələb olunur.

Əlavə məlumat: http://www.apollo-online.de/index.php?s=Traineeprogramm

 

 

 

_________________________________________________________________

IST Avstriya bilogiya, kompyuter elmleri, fizika, riyaziyyat,nevrologiya saheleri üzrə fundamental tedqiqat aparmaq uchun yay tecrubesi teklif edir.
Təcrübənin müddəti:
15 may və 15 sentyabr tarixləri arası 8-12 həftə.
Namizədlər təhsil aldığı Universitetlərində bakalavr və ya magistratura pilləsində qeydiyyatdan keçməli və bakalavr pilləsində ən azı 4 semetr bitirməlidirlər.
Teqaüd qazanan tələbələr aşağıdakıları əldə edəcəklər:
- Hər ay təqaüd
- Tibbi sığorta
- Səyyahət xərcləri üçün müavinət
- Yerləşmə üçün yardım
- Vienaya getmək üçün hər saat gedən avtobus üçün pulsuz bilet.
Ərizələrin müraciəti üçün son tarix: 15 fevral 2016

IST Austria internship