Bitki klinikası

Bitkilərin xəstəlik və zərərvericilərinin diaqnostikası laboratoriyası

Bitki klinikasının diaqnostika  laboratoriyası ADAU-nun bitkiçilik və bitki mühafizəsi kafedrasının nəzdində fəaliyyət göstərir. Bu diaqnostika laboratoriyası ən müasir avadanlıqlar və yeni metodlarla aşağıdaki xidmətləri göstərir.

Torpağın kimyəvi analizi

Torpaqda zərərvericilərin təyini

Açıq və qapalı sahədəki bitki xəstəliklərinin (göbələk, bakterial və  virus) təyinı

Bitki xəstəliklərinə qarşı preparatların tətbiqi

Kənd təsərrüfatınin zərərvericilərinin təyini

Preparatların effektivliyinin təyini

Laboratoriya xarici ölkələrdə təcrübə toplayan kollektivlə yuxarıdakı xidmətlərdən sonra tədqiqat işlərinə başlayıb. Tədqiqatlardan təbii və bitki mənşəli preparatların ixrac və müxtəlif xəstəliklərə qarşı tətbiqidır.

Diaqnostika laboratoriyası bir mərkəzi laboratoriya kimi universitetin digər sahələrdə laboratoriyalarına tədqiqat və tədrisdə texniki və metodiki dəstək verir.

Bitki klinikasının laboratoriyası uzun müddətli planında xəstəlik və zərərvericilərin bankının yaradılmasımı nəzərdə tutur. Bunun gələcəkdə biomaterialların bankı şəkilində tədqiqat və sürətli diaqnostikada əsas rolu olacaq. Diaqnostika laboratoriyası hal-hazırda Azərbaycanın qərb bölgəsində fermerlərə elmi əsasda dəstək olaraq müəyyən məsləhətləri göstərir. Belə ki, 6 ayın ərzində 50 nümunənin analızini apararaq müəyyən xəstəlikləri üzə çıxarıb və lazımi məsləhətləri verib. Analızlərin nəticəsinin digər ölkələrdə aparılan analizlərlə müqayisədə dəqiq və doğru olduğu sübuta yetirilib.