Əczaçıların elmi-tədqiqat klubu
(Tələbə Elmi Cəmiyyəti)
Haqqımızda : Müasir cəmiyyətin inkşafı elmi kəşf və texnalogiya vasitələrinin öyrənilməsinə əsaslanır. Bu inkşafın əldə olunması tədqiqatçılıq qabiliyyətininə malik ixtisaslı kadırların formalaşmasından başlayır. Müxtəlif sahələrdə olduğu kimi daima inkşaf edən Əczaçılıq Sənayesinin yeniliklərinin mənimsənilməsi və daha da təkminləşdirərək realizə olunması məhz bu ixtisas üzrə təhsil alan tələbələrin tətbiqi bacarıqlarından rosianal olaraq istifadə etməsindən bilavasitə aslıdır. Əczaçıların elmi-tədqiqat klubunun əsas missiyası əczaçılıq ixtisası üzrə təhsil alan tələbələri elmi-tədqiqat işlərinə cəlb olunmasını təmin etmək və bu istiqamətdə yeni addımlar atmaq üçün onlara dəstək olmaqdır.
Fəaliyyəti: Elmi-praktik konfrans və seminarların təşkili, elmi–tədqiqat layihələrinin tərtib olunması, həmçini gənclərimizi əmək bazarının tələblərinə uyğun olaraq hazırlamaq.
Məqsədimiz: Əczaçılıq ixtisası tələbələrinin insan sağlamığına diqqətini, qayğısını əsirgəməyən mütəxəssis kimi formalaşdırmaq, habelə bilik və bacarığından səmərəli şəkildə istifadəsinə yönəltməkdən ibarətdir.
Klubun rəhbəri: Lumayət Mustafayeva - Əczaçılıq ixtisasını 3-cü kurs tələbəsi
Məsləhətçi müəllim: Turan Allahverdiyeva - Əczaçılıq və BSE kafedrasının Assistenti