Patoloji anatomiya muzeyi

ADAU-nun patoloji anatomiya muzey keçən əsrin 50-70-ci illərində professor Ə.M.Xəlilov və dosent F.İ.Namazov tərəfondən yaradılmışdır.Əvvəllər muzey kiçik bir otaqda yerləşirdi. Hazırda ADAU-nun rektoru İ.Cəfərovun Şəxsi təşəbbüsü və rəhbərliyi altında muzey yeni təmirdən çıxmış , müasir tələblərə cavab verən binaya köçürülmüşdür. Binada dörd otaq vardır. Bunlardan biri muzey üçün ayrılmış, digərlərində heyvan cəsədlərini yarmaq üçün prozektoriya, muzey pereparatları hazırlamaq və reaktivləri saxlamaq üçün köməkçi otaq və sanitar qovşaq yerləşir.

Muzeydə pataloji anatomiyanin bütün sahələrini əhatə edən çoxlu sayda maraqlı eksponatlar toplanmışdır. Burada nekrozlara, atrofiyalara , qan dövranı pozğunluqlarına , şişlərə, iltibahlara, yoluxmayan daxili xəstəliklərə, Azərbaycanda geniş yayılmlş infeksiyon və invaziyon xəstəliklərə aid 2 minə yaxın eksponat vardı.Keçmiş SSRİ-də belə muzey az sayda istutda vardı. Kafedranın əməkdaşları tərəfindən muzeyin əyani vasitələrlə və eksponatlarla zənginləşdirilməsi indi də davam edir.

Patoloji anatomiya muzeyi əsasən patoloji pataloji anatomiya fənninin tədris edilməsi üçün istifadə edilir. Muzeydə həm mühazirə, həm də laboratoriya dərslərini aparmaq mümkündür. Mühazirə dəsrləri kompyuter və proyektorlardan istifadə etməklə interaktiv formada aparılır. Laboratoriya dərsləri isə mikroskoplardan və makroskopik muzey aparatlarından istifadə etmıklə yerinə yetirilir. Burada patoloji antomiyanın bütün sahələrini əhatə edən eksponat vardır. Tələbələr əvvəlcə patoloji prosesə aid olan histoloji preparatın quruluşunu öyrənirlər. Bunun üçn müasir mikroskoplardan istifadə olunur. Sonra həmin patoloji prosesə aid olan makroskopik muzey preparatlarının üzərində tədris davam etdirilir. Lazım gəldikdə tələbələrə proyektor vasitəsilə dərsin mövzusuna uyğun olan rəngli şəkillər və diafilmlər göstərilir.

Baytarlıq ixtisasının beşinci kursunda tələbələrə yarma kursu tədris olunur.Bunun üçün muzeydə müvafiq yarma stolları, alətlər və avadanlıqlar vardır.

Yarma zalında Gəncə şəhəri və ətraf rayonların təsərrüfatından daxil olmuş heyvan və quş cəsədlərinin patoloji-anatomik müayinəsi(yarılması) və diaqnozun dəqiqləşdirilməsi həyata keçirilir. Burada patoloji materialdan histoloji preparatların hazırlanması və müayinə olunması üçün hər bir şərait yaradılmışdır. Yarma prosesində tələbələr aktiv iştirak edirlər.

Patoloji anatomiya muzeyindən magistranlar, doktorantlar və digər elmi işcilər də istifadə edirlər. Universitetdə başqa ixtisaslarda təhsil alan tələbələri də tez-tez muzeyə gələrək eksponatlarla tanış olurlar. Bundan başqa, kənd təsərrüfatı kollecinin tələbələri və müəllimləri də tez tez muzeyə gələrək tədris təcrübəsini və bəzi dərsləri burada keçirlər.