ə m r e d i r ə m:
Tələbələr arasında “Mənim Prezidentim mənim
qürurumdur” mövzusunda inşa yazı işlərinin
müsabiqəsinin keçirilməsi barədə
2016-cı il dekabrın 23-də saat 10:00-da “Mənim Prezidentim mənim qürurumdur” inşa yazı işlərinin müsabiqəsi keçirilsin. Müsabiqə Aqronomluq fakültəsinin 103 nömrəli otağında keçiriləcəkdir.
- Müsabiqənin keçirilməsi üçün aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılsın:
Aidə Qasımova -tərbiyə işləri üzrə prorektor, sədr
Aqil Mustafayev -tələbə həmkarlar ittifaqı komitəsinin sədri
Fərrux Rəhimov -tələbə elmi cəmiyyətinin sədri
Samirə Qasımova -ictimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi
- Aşağıdakı tərkibdə münsiflər heyəti yaradılsın:
Aidə Həsənova -dillər kafedrasının müdiri, dosent, münsiflər heyətinin rəhbəri
Azad Bayramov -ictimai elmlər və multikulturalizm kafedrasının müdiri
Rəfail Xəlilov -ictimai elmlər və multikulturalizm kafedrasnın baş müəllimiı
Zümrüd Qəhrəmanova -ictimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi
Azər Axundov -ictimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi
Elgün Aslanov -ictimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi
Aidə İsmayılova -dillər kafedrasının müəllimi
3. Təşkilat komitəsinə (A.Qasımova) tapşırılsın ki, müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.
4. Fakültə dekanlarına və ictimai təşkilatlara tapşırılsın ki, müsabiqənin keçirilməsi ilə bağlı yaradılmış təşkilat komitəsinin fəaliyyətinə şərait yaratsınlar.
5. Müsabiqənin qaliblərinə aşağıdakı həcmdə mükafatlar verilsin:
I yer üçün - 200 manat
II yer üçün - 150 manat
III yer üçün - 100 manat
6. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.
ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.