31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər barədə

19-cu əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən düşünülmüş şəkildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə Azərbaycanlı qətlə yetirilmiş, on minlərlə ailə evindən-obasından didərgin düşmüşdür. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixində ən qanlı səhifələrdən biri hesab etmək olar.

1918-ci il martın 31-də Bakı kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş vəhşiliklər etmişlər.

Bu soyqırım əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət Müstəqilliyinə qovuşduqdan sonra almışdır. Ümummilli lider Heydər Əliyevin Mart hadisələrinin 80-ci ildönümü ərəfəsində - 26 mart 1998-ci il tarixli Fərmanı erməni təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədidir.

Soyqırım qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə

                                          ƏMR   EDİRƏM:

1.  2017-ci il martın 29-30-da universitetin bütün fakültələrində  31 mart - Azərbaycanlılarının soyqırımı ilə bağlı tədbirlər keçirilsin, martın 31-də ilk            dərs saatları soyqırımına  həsr edilsin.

2.  2017-ci il martın 31-də “Heydər Əliyev - tədris mərkəzi”ndə  31 mart - Azərbaycanlıların soyqırımına həsr edilmiş “ Dəyirmi Masa” keçirilsin.

3.  Həmkarlar ittifaqı, tələbə gənclər təşkilatına tövsiyə edilsin ki,  31mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə anım tədbirlərinin  təmin             etsinlər.

4.  Əmr  “Aqrar mütəxəssis”   qəzetində   dərc   edilsin   və   Universitetin internet səhifəsində yerləşdirilsin.

5.  Ümumi şöbə  (S.Məmmədova) əmrin çoxaldılaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

6.  Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

 ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.