Yeni Zelandiyalı mütəxəssis ADAU-da praktiki dərslər aparır

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)fəaliyyətə başlamış Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestone baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələri üçün praktiki dərslər aparır. Onun “Yoluxmayan xəstəliklər” kafedrasının  müəllimi Ramin Abbasovla  birgə “baytarlıq” ixtisası üzrə 3-cü kurs tələbələri üçün "Mamalıq, ginekologiya və heyvanların süni mayalandırması" fənni üzrə apardığı dərs tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, 3 ay müddətində universitetdə çalışacaq mütəxəssis universitetin Tələbə evində yaşayır və o, burada olan şəraiti çox yüksək qiymətləndirir.