Universitetimizin əməkdaşı İsraildə keçirilən seminarda uğurla iştirak etmişdir

Universitetimizin əməkdaşı, “Qida məhsulları və ekspertiza” kafedrasının assistenti Dr.Gülşən Əliyeva 30 oktyabr-23 noyabr 2017-ci il tarixlərində İsrailin Rexovot şəhərində yerləşən Qüds Yəhudi Universitetində Maşav proqramı çərçivəsində keçirilən “Qida təhlükəsizliyi və Qlobal dəyişikliklər zamanı texnologiya” seminarında iştirak etmişdir.  Proqramda dünyanın müxtəlif ölkələrdən 20 nümayəndə iştirak etmişdir.  Proqram zamanı seminarlarda xarici və yerli professorlar tərəfindən mühazirələr söylənmiş, müstəqil layihələrin hazırlanması dair tapşırıqlar verilmiş və seminar iştirakçıları üçün maarifləndirici turlar təşkil edilmişdir.

Keçirilmiş görüşlərdə əməkdaşımız Azərbaycan Dövlət Aqrar Universiteti haqqında təqdimatla çıxış etmiş, hazırlamış olduğu layihədə Azərbaycanda qida təhlükəsizliyinə dair qanunvericilik ətraflı məlumat vermişdir. Çıxış proqram iştirakçıları tərəfindən böyük marağa səbəb olmuşdur.

Sonda iştirakçılara MAŞAV sertifikatları verilmişdir.