Universitetimizin əməkdaşı ADAU-nu İsraildə uğurla təmsil edib

Universitetimizin əməkdaşı, “Aqrar sahənin iqtisadiyyatı” kafedrasının assistenti Abbasov Anar 26.11.-20.12.2017ci il tarixlərində İsrailin Rexovot şəhərində yerləşən Qüds Yəhudi Universitetində Maşav proqramı çərçivəsində keçirilən “Yaşıl İnkişaf: Siyasi və İqtisadi tədbirlər- yerli və regional davamlı inkişafın alətləri kimi” seminarında iştirak etmişdir. Proqramda dünyanın müxtəlif ölkələrdən 20 nümayəndə iştirak etmişdir. Proqram zamanı seminarlarda xarici və yerli professorlar tərəfindən mühazirələr söylənmiş, müstəqil layihələrin hazırlanması dair tapşırıqlar verilmiş və seminar iştirakçıları üçün maarifləndirici turlar təşkil edilmişdir.

Anar müəllimin təqdim etdiyi “Qlobal iqlim dəyişikliyinin Azərbaycanın kənd təsərrüfatına təsiri və bu sahədə görülən işlər”adlı prezentasiya seminar iştirakçıları tərəfindən bütün ölkələrdə gündəmdə olan ən aktual məsələ kimi qiymətləndirildi və mövzu ətrafında müəyyən diskussiyalar aparıldı. Sonda əməkdaşımıza beynəlxalq sertifikat təqdim olunmuşdur. Biz də öz növbəmizdə bu uğurlu çıxışına görə Anar Abbasovu təbrik edirik