Uğur qazanmış məzunlarımızdan biri

Mehriban VƏLİYEVA, 

1989-cu ildə Tovuz rayonunda anadan olub. 1996-cı ildə rayonun Vaqif Kazımov adına Çobansıxnaq kənd orta məktəbində birinci sinfə gedib. 2007-ci ildə Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Aqrar Univesitetinin aqrar iqtisadiyyat və menecment fakültəsinin menecment (alman proqramı) ixtisasına daxil olub. Təhsil müddətində “DEULA-Nienburg GmbH” təşkilatı vasitəsilə Almaniyada 6 aylıq təcrübə keçib. 2011-ci ildə bakalavr pilləsini fərqlənmə ilə bitirib və həmin il Almaniyanın Hochschule Weihenstephan-Triesdorf Tətbiqi Elmlər Universitetində menecment (aqrar sahədə biznesin idarə olunması) üzrə magistr pilləsinə qəbul olunub. Magistr təhsilini 2013-cü ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqram” çərçivəsində tamamlayıb. 2013-cü ildə Hollandiyada 3 aylıq “junior project manager” sahəsində təcrübə keçib. Daha sonra bir müddət Almaniyada REHAU şirkətində keyfiyyətə nəzarət sahəsində, 2014-cü ildə Alman -Azərbaycan Xarici Ticarət palatasında biznes xidmətlər bölməsində işləyib. 2015-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tabeliyində “Azalternativenerji” MMC-də baş mütəxəssis olaraq fəaliyyətə başlayıb.
2016-cı ildən etibarən Agentliyin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsində dövlət qulluqçusu olaraq fəaliyyətdədir. Təhsil Nazirliyinin dəstəyi ilə “Enerjinin əldə edilməsi texnologiyası” adlı kitabı çap olunub.

Mənbə: http://muallim.edu.az/content/?category=arxiv&issue=02-2018&content_id=03