Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin(UBİKS) rəhbəri Taner Bozkuş ADAU-da olub

Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin (UBİKS) rəhbəri Taner Bozkuş Gəncəşəhərinə  işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Qonağı universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından salamlayan tədris işəri prorektor, dosent Anar Hətəmov təhsil müəssisəsinin tarixi, müasir vəziyyəti, maddi-texniki bazası, tələbə gənclərin asudə vaxtının səmərəli təşkli, idmanla məşğul olmaları üçün yaradılan şəraitlərdən danışıb.

Görüşdə 2019-ci ilin 18-22 iyun tarixlərində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək UBİKS-nin Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransının bir bölməsinin universitetdə təşkili məsələləri müzakirə edilib.  Sonra müvafiq yerlərə baxış keçirilib.