Tələbələrin nəzərinə!

Əziz tələbələr, hörmətli valideynlər!

Sizi Bilik günü-2017/2018-ci tədris ilinin başlanması, birinci kurs tələbələrinin Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olmaları münasibətilə səmimi qəlbdən təbrik edir, təhsilinizdə  müvəffəqiyyətlər arzulayırıq.

Nəzərinizə çatdırırıq ki, Bilik günü-2017/2018-ci tədris ilinin başlanması münasibətilə 15 sentyabr 2017-ci il tarixində universitetin mühəndislik korpusunda bayram tədbiri keçiriləcəkdir. Tədbir saat 10:00-da başlayacaqdır. Tələbələrin və valideynlərin saat 09:30-da tədbirin keçiriləcəyi yerə gəlmələri xahiş olunur.

Ünvan: Gəncə şəhəri, Ozan küçəsi 204.

Telefon: 022-256-81-29

                070-286-21-11

E-mail: office@adau.edu.az

R E K T O R L U Q