Daşkənd Dövlət Aqrar Universitetinin prorektoru ADAU-ya səfər edib

Daşkənd Dövlət Aqrar Universitetinin iqtisadiyyat üzrə prorektoru, dosent Abduaziz Abduvasikov Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov görüşdə qonaqla universitetlərarası əlaqələrin genişləndirilməsi, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi,​ ​ ikili diplomlar​ və birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələlərini müzakirə ediblər. Universitetin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olan qonaq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini yaradılmış şəraitdən məmnunluqlarını bildirib.

Əməkdaşlıqda düzgün istiqamət seçməyin əhəmiyyətli oldğunu vurğulayan​ Daşkənd Dövlət Aqrar Universitetinin prorektoru, dosent Abduaziz Abduvasikov​  birgə daha böyük işlər görülə biləcəyini qeyd edib.