Rektorun tələbələrə müraciəti

Əziz tələbələr,
Bu gün ölkəmizin bütün ali məktəblərində olduğu kimi Azərbaycan Dövlət Aqrar Universitetində də 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahanları başlayır. İmtahanlar Boloniya prosesinin tələblərinə uyğun olaraq test, yazılı və şifahi formalarda qəbul edilir. Sessiyaya bir ay qalmış Sizlərin hamısına bu barədə məlumat verilmişdir. İmtahan sessiyasının ədalətli, şəffaf keçirilməsi üçün rektorluq tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. Bu prosesin aşkarlığını təmin etmək üçün istənilən Azərbaycan vətəndaşını, kütləvi informasiya vasitələrinin nümayəndələrini, valideynləri, maraqlı şirkətləri imtahan prosesini izləməyə dəvət edirəm. Bütün proses müddətində istənilən neqativ halla bağlı şəxsən mənə müraciət edə bilərsiniz.
Əziz tələbələr, hər birinizə bu məsul dövrdə, imtahan sessiyasında ugurlar arzulayıram, inanıram ki, hər biriniz imtahanlarda yüksək nəticələr əldə edəcək, bununla da həm müəllimlərinizi, həm də valideyinlərinizi sevindirəcəksiniz.
   

                                                                                                                                                          Hörmətlə,
rektor İbrahim Cəfərov