Rektor tələbə qızları təbrik edib

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin əlaçı və ictimai işlərdə fəallıqları ilə fərqlənən tələbə qızları təbrik edib. Rektor təhsildə və şəxsi həyatda uğurlar diləməklə,  görüşdə iştirak edən 35 tələbənin hər birinə Respublikanın Əməkdar artisti Elnarə Abdullayevanın Fikrət Əmirov adına Gəncə Dövlət  Filarmoniyasında keçiriləcək konsertinə bilet və gül hədiyyə edib.